Dənizdən tapdığı nəsnə ilə milyonçu oldu - FOTO
Bizi izləyin

Dünya

Dənizdən tapdığı nəsnə ilə milyonçu oldu - FOTO

Lanyuy adasının Li adlı sakini çimərlikdə donub qalmış kaşalot qusuntusunun bir hissəsini tapıb.

Publika.az “Taiwan News”ə istinadla xəbər verir ki, Bu tapıntını 6 milyon tayvan dolları və ya 210 min dollar olaraq qiymətləndiriblər.

Li şirin qoxu saçan 4 kiloqramlıq tapıntını hələ mart ayında aşkar edib və evə aparmaq qərarına gəlib. Linin dostu ona tapıntının bir hissəsini Qaosyun Milli Universitetinə verməyi məsləhət görüb. Biologiya elmləri dosenti Çenq Şi-İe 7 oktyabrda həmin boz ənbərin olduqca nadir və dəyərli tapıntı olduğunu təsdiq edib.

Alim qeyd edib ki, boz ənbər kaşalotların həzm yolunda əmələ gəlir. Onu çox zaman “kaşalot qusuntusu” və ya “üzən qızıl” da adlandırırlar.

Ənbərdən ətriyyat istehsalı zamanı istifadə edilir.

Bildirilir ki, onun bazar dəyəri 1 kq üçün 50 min dollardır.

Li onu satıb əldə edilən pulları ailəsinə xərcləməyi düşünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm