Putin məhkəməyə veriləcək
Bizi izləyin

Dünya

Putin məhkəməyə veriləcək

Donetsk səmasında vurulan Malayziya mülki təyyarəsindəki sərnişinlərin qohumları Putinə qarşı çoxsaylı iddialar hazırlayırlar.

Vəkillər hesab edir ki, qanun qarşısında təkcə laynerin vuran separatçılar deyil, həm də onlara maliyyə və material köməyi edən şəxslər və şirkətlər cavab verməlidirlər.

Əksər ekspertlərin fikrincə, faciənin obyektiv təhqiqatı illərlə çəkə bilər. Çünki obyektiv təhqiqatın yerində aparılmasına separatçılar mane olacaq.

Vəkillər hazırlamağa başladıqları kollektiv iddianı ABŞ-da qaldırmaq niyyətindədirlər. Putinlə yanaşı, cavabdehlər sırasına Rusiya prezidentinin yaxın ətrafına daxil olan yüksək çinli hərbi rəhbərlər də daxil edilə bilər. Əgər Amerika məhkəməsi iddiaları əsaslı saysa, bu, ilk növbədə Putin və yaxın ətrafının xarici aktivlərinin dondurulmasına gətirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm