Fransa vətəndaşlarına görə narahatdır
Bizi izləyin

Dünya

Fransa vətəndaşlarına görə narahatdır

Fransa son vaxtlar Liviyada yaranan gərgin vəziyyətlə əlaqədar vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.

Fransanın Xarici İşlər Nazirliyi Liviya hərbi qüvvələri ilə radikal islamçı qruplaşmalar arasında şiddətli döyüşlərin getdiyinə görə vətəndaşlarının həyatı üçün ciddi təhlükə yaratdığını bildirib. Onlara ölkəni tərk etmələri üçün tezliklə Fransanın Liviyadakı səfirliyi ilə əlaqə saxlamaları məsləhət görülüb.

Liviyanın sabiq prezidenti Müəmmar Qəddafi 2011-ci ildə devrildikdən sonra müxtəlif qüvvələr arasında silahlı qarşıdurma səngimək bilmir. Son günlər isə ölkənin paytaxtı Tripolun hava limanı ətrafında gedən qanlı döyüşlər zamanı yüzlərlə insan həlak olub.

Artıq ABŞ, Böyük Britaniya, Türkiyə, Belçika, Almaniya, Malta kimi ölkələr Liviyadakı diplomatik missiyalarının fəaliyyətini dayandırıb və vətəndaşlarını ölkədən çıxardıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm