Terrorçular birləşdilər
Bizi izləyin

Dünya

Terrorçular birləşdilər

May ayında Əlcəzairdə, bu ay Tunisdə keçirdiyi əməliyyatlar nəticəsində ölkələrdə ciddi qorxu yaradan, "İslami Məğrib Əl-Qaidəsi" olaraq tanınan təşkilata başqa qruplar da qoşulub.

ANS PRESS-in məlumatına görə, tabeliyində təcrübəli döyüşçülər və əlverişli silahlara malik olan İslami Məğrib Əl-Qaidəsi təşkilatının yeni videosu yayılıb. “Allahın ipindən hamımız bərk-bərk yapışaq” başlığı ilə yayımlanan video görüntüdə məqsədləri və amalları yolunda onlara kömək etmək üçün başqa 2 qrupun da qoşulduğu bildirlir.

İlk olaraq danışmağa başlayan İslami Məğrib Əl-Qaidəsi lideri Əbu Musab Abdulvədud həmin günün müsəlmanlar üçün yaxşı, kafirlər üçün pis bir gün olduğunu vurğulayır. Çünki onlara Dəvət və Sələfiyə camaatının qoşulduğunu bildirir. Videoda görüntülərin 20 gün əvvələ aid olduğu yazılsa da, video “Youtube” video platformasına 3 gün əvvəl yüklənib.

Qeyd edək ki, İslami Məğrib Əl-Qaidəsi may ayında Əlcəzair ordusuna qarşı keçirdiyi əməliyyatda 14 əsgəri öldürmüş və ölkədə onlara görə səfərərlik elan edilmişdi. Daha sonra bu ay Tunisdə keçirdikləri əməliyyatda isə 20-yə yaxın əsgər öldürüblər. ABŞ dövlət departamenti bu silahlıların izlənməsi və yox edilməsi üçün xüsusi bir komanda yaradıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm