Peyvənd üzrə "COVAX" təşəbbüsünə 184 ölkə qoşuldu
Bizi izləyin

Dünya

Peyvənd üzrə "COVAX" təşəbbüsünə 184 ölkə qoşuldu

Bütün ölkələri ədalətli əsasda koronavirus peyvəndləri ilə təmin etməyi hədəfləyən beynəlxalq "COVAX" mexanizminə artıq 184 dövlət qoşulub.

Publika.az "TASS"a istinadla xəbər verir ki, bunu Cenevrədə keçirilən brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qübreyesus deyib.

A.Qebreyesus bildirib: "Bu gün 184 ölkənin "COVAX"a qoşulduğunu elan etməkdən məmnunam".

Onun sözlərinə görə, bu mexanizmdə iştirakını təsdiqləyən son iki ölkə Ekvador və Uruqvay olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm