Çin: "Döyüşə hazırıq"
Bizi izləyin

Dünya

Çin: "Döyüşə hazırıq"

“1950-1953-cü il Koreya Müharibəsində Çinin əldə etdiyi zəfər onun qapısının önündə problem yaradan hər kəslə döyüşməyə hazır olmasının sübutudur”.

Publika.az xəbər verir ki, bunun Çinin dövlət başçısı Sin Cinpin Koreya Müharibəsinin 70-ci ildönümü münasibətilə təşkil olunan tədbirdə deyib.

ABŞ-ın prezident seçkilərinə hazırlaşdığı dövrdə ritorikasını bir daha sərtləşdirən Prezident bununla rəsmi Vaşqintona “döyüşə hazırıq” mesajı göndərib: “Çin xalqı problem çıxarmaz, problem çıxaranlardan da qorxmaz. Milli suverenliyimizə hər hansı zərər verilməsini arxaya yaslanıb izləməyəcəyik. Hər hansı qüvvənin Vətənimizin müqəddəs torpaqlarını işğal etməsinə və ya bölməsinə əsla icazə verməyəcəyik”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm