Dünya
Saakaşviliyə cinayət işi açılıb
Gürcüstan prokurorluğu Mixail Saakaşvili barəsində
cinayət işi qaldırıb.
ANS PRESS-in məlumatına görə, keçmiş dövlət başçısı 2007-ci il
noyabrın 7-də dinc aksiyanın qeyri-qanuni dağıdılmasında, "İmedi"
teleşirkətinin mənimsənilməsində və biznesmen Badri
Patarkatsişvilinin əmlakının qeyri-qanuni mənimsənilməsində ittiham
olunur.
Prokurorluq hesab edir ki, M.Saakaşvili hər üç ittiham üzrə sabiq
daxili işlər naziri Vano Merabişvili, keçmiş müdafiə naziri David
Kezeraşvili, Tbilisinin sabiq meri Qiqi Uqulava, Baço və Dato
Axalaya qardaşları və həmin dövrdəki digər məmurlarla birgə cavab
verməlidir.
Prokurorluq M.Saakaşvilini bu üç cinayətin həyata keçməsi üçün
bilavasitə əmr verməkdə ittiham edir.
Əgər qaldırılan ittihamlar üzrə onun günahı sübuta yetirilsə, sabiq
dövlət başçısını 5 ildən 8 ilədək həbsxana həyatı gözləyir.
Qeyd edək ki, M.Saakaşvili istintaqa gəlməkdən bir neçə dəfə boyun
qaçırıb.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ