Netanyahudan qəti qərar
Bizi izləyin

Dünya

Netanyahudan qəti qərar

İsrail hökuməti Qəzzada keçirilən quru əməliyyatlarının genişləndiriləcəyini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, İsrail baş naziri Binyamin Netanyahu ölkənin müdafiə naziri və baş qərargah rəisi ilə mətbuat toplantısı keçirib. Jurnalistlərlə görüşdə quru əməliyyatlarından söz açan Netanyahu ilk növbədə, məqsədlərinin tunelləri təsirsiz hala gətirmək və Qəzzadakı döyüşçüləri təmizləmək olduğunu bildirib.

“Çətin bir döyüş içərisindəyik. Qarşımızda çox tərs düşmən var və biz onları tamamilə yox etmədən bu döyüşləri başa çatdırmayacağıq” – deyə, baş nazir kəskin fikir söyləyib.

Müdafiə naziri Moşe Yalon isə ordunun bundan sonra daha dözümlü və səbirli olmasının vacibliyini vurğulayaraq, qarşıdakı günlərdə HƏMAS-a qarşı əməliyyatların genişləndiriləcəyini dilə gətirib.

Baş qərargah rəisi də baş nazirin sözünə qüvvət oaraq bildirib ki, Qəzza sərhədindəki tunellər yox ediləcək. “Qəzzadakı dinc sakinlərdən, vətəndaşlardan HƏMAS-ın tunellərinə yaxın yerlərdən uzaqlaşmalarını tələb edirik. Bu əməliyyatı davam etmək məcburiyyətindəyik” – deyə, baş qərargah rəisi sözlərinə əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm