Koronavirusa REKORD SAYDA YOLUXMA: 13 milyondan çox insanın həyatı təhlükədədir
Bizi izləyin

Dünya

Koronavirusa REKORD SAYDA YOLUXMA: 13 milyondan çox insanın həyatı təhlükədədir

Noyabrın 6-da dünyada COVID-19 infeksiyasına rekord sayda – 623 min 266 yoluxma halı qeydə alınıb. Əvvəlki rekord 617 min 383 nəfərin yoluxduğu noyabrın 5-də müşahidə edilmişdi.

Publika.az xəbər verir ki, ötən sutka ərzində COVID-19 infeksiyası səbəbindən ölənlərin sayında da rekord müəyyən edilib - 9 min 84 nəfər.

Saytın son məlumatına əsasən, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 49 milyon 685 min 311 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 249 min 30 nəfərə çatıb. Eyni zamanda, 35 milyon 268 min 937 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 13 milyon 167 min 344 xəstədən 90 min 899 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 virusuna yoluxanların sayı 10 milyon 59 min nəfəri ötüb. Hindistanda 8 milyon 462 min, Braziliyada 5 milyon 632 min, Rusiyada 1 milyon 733 min, Fransada 1 milyon 661 min yoluxma qeydə alınıb.

Birləşmiş Ştatlar koronavirusdan ölənlərin sayına görə də liderdir – 242 min 239 nəfər. İlk beşliyə daxil olan Braziliyada 162 min 35, Hindistanda 125 min 605, Meksikada 94 min 323, Böyük Britaniyada isə 48 min 475 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm