Koronavirusdan ölüm sayı rekord həddə çatdı
Bizi izləyin

Dünya

Koronavirusdan ölüm sayı rekord həddə çatdı

Noyabrın ilk həftəsində dünyada rekord sayda infeksiyaya yoluxma faktı qeydə alınıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 3,6 milyondan çox insana infeksiya diaqnozu qoyulub. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat verib.

“Yeddi gün ərzində yeni yoluxmaların ən böyük faizi Avropada qeydə alınıb və alınmağa davam edir. Ölüm halları isə 47%-dən 54%-ə yüksəlib”, - qurum bildirib.

Təşkilatın məlumatına görə, 10 noyabr tarixinə qədər təxminən 50,6 milyon insan virusa yoluxub, 1,2 milyon nəfər ölüb.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm