Koronavirus pandemiyasında növbəti REKORD
Bizi izləyin

Dünya

Koronavirus pandemiyasında növbəti REKORD

Dünyada bir gün ərzində koronavirusa yoluxma sayı yenidən rekord həddə çatıb.

Publika.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gündəlik yoluxma sayının 657 312-yə çatdığını bəyan edib.

Belə ki, ötən sutka dünyada COVID-19-a ən çox yoluxmalar Avropada, Şimali və Cənubi Amerikada aşkarlanıb. Ötən sutkada “köhnə qitə”də 285 mindən çox insanda təhlükəli virus qeydə alınıb. Şimali və Cənubi Amerikada isə 269 mindən çox yoluxma aşkarlanıb.

Dünyada koronavirusa ümumilikdə 53 milyondan çox yoluxma aşkar edilib. Pandemiya ərzində 1,3 milyondan çox insan COVID-19-dan ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm