Obama telefonda kimə qışqırdı? – Şok telefon söhbətinin mətni
Bizi izləyin

Dünya

Obama telefonda kimə qışqırdı? – Şok telefon söhbətinin mətni

ABŞ prezidenti Barak Obama və İsrail baş naziri Benyamin Netanyahu arasındakı telefon danışığının təfərrüatları mətbuata sızıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Qəzzada əməliyyatların başa çatdırılması üçün İsrail baş nazirini danlayıb.

İsrailin ”Kanal 1” televiziyasının əməkdaşı Oren Nahari Obama ilə Netanyahu arasında 35 dəqiqə davam edən telefon söhbətinin dərc edib. Vaşinqton və Təl-Əviv dərc olunan telefon danışığının gerçək olmadığını bildirsə də, Nahari sənədin ABŞ-lı bir səlahiyyətli tərəfindən sızdırıldığını bildirib.

Obama və Netanyahu arasında olduğu iddia edilən telefon danışığı isə aşağıdakı kimidir:

Obama: İsrailin dərhal təktərəfli atəşkəs elan etməsini, xüsusilə də hava hücumlarını dayandırmasını tələb edirəm.

Netanyahu: İsrail bunun qarşılığında nə alacaq?

Obama: Həmasın raket hücumlarını dayandıracağına inanıram.

Netanyahu: Həmas daha əvvəllər 5 dəfə atəşkəsi pozub. Həmas İsraili məhv etmək istəyən terrorçu təşkilatdır.

Obama: Təkrar edirəm, İsrailin dərhal hərbi əməliyyatları dayandırmasını gözləyirəm. Qəzzadakı dağıntıların görüntüsü dünyanı İsraildən uzaqlaşdırır.

Netanyahu: Kerrinin atəşkəs planı gerçəkdən uzaqdır və Həmasın üstünlüyünü təmin edir.

Obama: Hərbi əməliyyatlar bir həftə ərzində dayandırılsa, Türkiyə və Qətər Həmasla 2012-ci ildəki atəşkəs təməlində olan danışıqlara başlayacaq.

Netanyahu: Türkiyə və Qətər Həmasın ən böyük dəstəkçiləridir. Onların ədalətli davranacağına ümid etmək olmaz.

Obama: Mən Türkiyə və Qətərə güvənirəm. İsrail vasitəçiləri seçə biləcək mövqedə deyil.

Netanyahu: Həmas raket hücumlarını davam etdirəcək, tunellərdən hücum etməkdə davam edəcək.

Obama: Top hazırda İsrailin tərəfindədir. Hərbi əməliyyatlar dayandırılmalıdır.

İsrailin keçmiş baş naziri, Likud Partiyasından olan millət vəkili Danny Danon isə Obamanın Netanyahuya qışqırdığını iddia edib. “Obama Netanyahuya qışqıraraq nə etməli olduğunu söyləyib. ABŞ ən güclü müttəfiqimizdir. Müttəfiq bir ölkənin lideri ilə belə davranış olmamalıdır”,- Danon deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm