Dünya Bankının Azərbaycandakı sabiq nümayəndəsi VƏFAT ETDİ
Bizi izləyin

Dünya

Dünya Bankının Azərbaycandakı sabiq nümayəndəsi VƏFAT ETDİ

Dünya Bankının keçmiş prezidenti Ceyms Vulfenson Nyu-Yorkda 86 yaşında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə Prinstondakı (Nyu-Cersi ştatı) Perspektivli Tədqiqatlar İnstitutunun bəyanatında deyilir.

Vulfenson Manhetten ərazisindəki evində dünyasını dəyişib. Onun oğlu Adam Vulfenson “The Washington Post” qəzetinin jurnalistinə bildirib ki, atasının ölümünə pnevmoniyadan sonrakı ağırlaşma səbəb olub.

İqtisadçı 1995-ci ildən 2005-ci ilə qədər Dünya Bankının prezidenti olub. “O, bu postda diqqəti yoxsulluğun səviyyəsinin azaldılmasına yönəldib və korrupsiya ilə mübarizədə səyləri ikiqat artırıb", - deyə Dünya Bankının hazırkı prezidenti Devid Melpasın bəyanatında deyilir. Devid Melpas qeyd edib ki, bankın əməkdaşları Vulfensona və onun xanımı, 2020-ci ilin avqustunda vəfat etmiş Eleynlə "dərin heyranlıq və ehtiram” münasibəti bəsləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm