
Noyabrın 29-u OPEK+ monitorinq komitəsinin nazirlərinin keçirdiyi qeyri-formal məsləhətləşmələr mübət nəticə verməyib.
Publiks.az "RİA Novosti"yə istinadla xəbər verir ki, nazirlərin fiir mübadiləsi konsensus əldə olunmadan başa çatıb.
Məlumata görə, tərəflər 2021-ci ilin ilk ayları üçün alyans ölkələrinə neft hasilatının hansı səviyyədə tövsiyə ediləcəyi barədə razılığa gələ bilməyiblər:
"Görüş başa çatdı. Məsləhətləşmələri və danışıqları davam etdirməliyik".
"Bloomberg" agentliyi öz növbəsində bildirir ki, komitə üzvlərindən bir neçəsi məhdudiyyətlərin yumşaldılmasının 2021-ci ilin yanvarından daha gec bir tarixə təxirə salınması ilə razılaşmırlar.