106 mindən çox insan ölüm ayağındadır - SON DURUM
Bizi izləyin

Dünya

106 mindən çox insan ölüm ayağındadır - SON DURUM

Dünyada təsdiqlənmiş COVID-19 xəstələrinin ümumi sayı 65,5 milyonu keçib.

Publika.az xəbər verir ki, ən çox yoluxma statistikası ABŞ, Hindistan və Braziliyadadır.

ABŞ-da 14 milyon 535 min 196 nəfərə COVİD-19 diaqnozu qoyulub. Ölənlərin sayı 282 min 829 nəfərdir.

İkinci yerdə 9 milyon 571 min 780 nəfərə COVİD-19 diaqnozu qoyulan Hindistan gəlir. Bu ölkədə ölənlərin sayı 139 min 227 nəfərdir.

Braziliya 6 milyon 487 min 516 infeksiya daşıyıcısı ilə üçüncü yerdədir və ölənlərin sayı 175 min 307 nəfərdir.

İlk onluğa Rusiya, Fransa, İspaniya, Böyük Britaniya, İtaliya, Argentina, Kolumbiya da daxildir.

4 dekabr tarixinə qədər dünyada 1 milyon 511 min 919 nəfər xəstəliyin qurbanı olub.

Yoluxanlardan 45 milyon 377 min 278 nəfəri sağalıb.

Hazırda 18 milyon 647 min 437 nəfərin müalicəsi davam edir. Onlardan 106 min 495 nəfərin vəziyyəti kritikdir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm