Ərəblər daha bir xilafət elan etdi
Bizi izləyin

Dünya

Ərəblər daha bir xilafət elan etdi

”Binqazi artıq İslam Xilafəti şəhəridir”.

Axar.az xəbər verir ki, bu haqda “Ənsar əl-Şəriyə” terror təşkilatının sözçüsü Məhəmməd Zehavi verdiyi açıqlamada bildirib.

“Ənsar əl-Şəriyə”nin şəhəri ələ keçirməklə bağlı elanı terror qruplaşması ilə general Hafterə məxsus güclər arasında baş verən iki günlük qarşıdurmadan sonra ortaya çıxıb. Məlumata görə, şəhərdəki bütün ordu qərargahları ələ keçirilib.

Mütəxəssislər əl-Qaidənin rəhbərliyi altında fəaliyyət göstərən qrupların xilafət elan edəcəkləri və NATO qüvvələrinin Əfqanıstandan çıxmasından sonra Molla Ömərin başçılığı altında bu ölkədə də xilafət quracaqları ilə bağlı həyəcan təbili çalır.

Xatırladaq ki, ABŞ bir müddət əvvəl Benqazidə səfirinin öldürülməsindən sonra bu ölkə ilə bütün diplomatik əlaqələrini dondurmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm