Kreml yenidən qurulur
Bizi izləyin

Dünya

Kreml yenidən qurulur

Rusiya prezidenti Vladimir Putin Kremldə yerləşən binaların, o cümlədən öz iqamətgahının və hökümət evinin rekonstruksiyası ilə bağlı aidiyyatı qurumlara göstərişlər verib.

Putin şəhər meri Sergey Sobyanin, həmçinin yerli memarlar və digər rəsmilərlər görüşü zamanı yenidən qurma planı üzrə bir sıra məsləhətlər dilə gətirib.

Onun maraqlı təkliflərindən biri Spaskaya Qalasının darvazalarını gələcəkdə ictimaiyyətə açmağ olub. O eyni zamanda bir sıra qədim binaların, o cümlədən Sovet dönəmlərinin ateist rəhbərliyi tərəfindən 1920-ci illərdə dağıdılmış , Çudov monastrının bərpasını tövsiyyə edib. Qədim monastrın 1365-ci ildə təməlinin qoyulduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm