Terrorçular “mina müharibə”sinə başlayıb
Bizi izləyin

Dünya

Terrorçular “mina müharibə”sinə başlayıb

Terrorçular Ukraynanın Donetsk, Xarsızsk, Şaxtyorsk və nəzarət etdikləri digər yaşayış məntəqələrində körpüləri minalayıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lısenko Kiyevdə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, terrorçular mülki obyektlər və infrastrukturun minalanması davam etdirirlər.

“Terrorçular Donetsk, Xarsızsk və Şaxtyorsk rayonlarında körpüləri minalayıb. Donetçinedə isə dəmiryol xətti və piyada körpüsü partladılıb. Şaxtyorsk rayonundakı “Olxovskoe” su anbarının xidməti otağı da minalanıb”, - A.Lısenko deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm