Almaniya dilemma qarşısında: ölkəni antisemitizm dalğası bürüyüb
Bizi izləyin

Dünya

Almaniya dilemma qarşısında: ölkəni antisemitizm dalğası bürüyüb

Son bir həftə ərzində Almaniyanın müxtəlif şəhərlərində Fələstinə dəstək məqsədi ilə müxtəlif aksiyalar keçirilir.

İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra ölkədə antisemit əhval-ruhiyyə artıb.

Yəhudi məsələsi Almaniyada həmişə həssas məsələ olduğundan, bu, narahatlıq doğurmağa başlayıb.

Publika.az xəbər verir ki, yerli “DW” telekanalı məsələyə xüsusi diqqət ayırıb.

Kanal bildirib ki, ötən həftənin cümə günü Berlində də antiİsrail mitinqi keçirilib. Min iki yüzədək mitinq iştirakçısını min polis qoruyub. Əsasən ərəb ölkələrindən olan miqrantların və sağ təmayüllü radikal partiya təmsilçilərinin iştirak etdiyi aksiyada “İsrail - körpə qatili” və bu kimi şüarlar səsləndirilib.

İndi Almaniya ictimaiyyətini narahat edən bir məsələ var: ölkədə rəsmi olaraq İsraili tənqid etmək yasaqlanmayıb. Amma İsrail hökumətini söymək antisemitizm sayılırmı? Bu məsələ ilə bağlı etirazın sərhədləri hara qədərdir?

Bəzi siyasətçilər hesab edir ki, problem tənqidin formasındadır.

Polislərin Həmkarlar İttifaqının sədri Rayner Vendt bildirib ki, bəzən qərar verməkdə çətinlik çəkirlər: “Mitinqlərin birində gənc türk qışqırır ki, “Ərdoğan, İsraili tut, yəhudiləri məhv et”. Əslində, bu çağırışa görə məsuliyyət düşür. Amma işə qarışa bilmirik”.

Professor Rol Ferleqer isə hesab edir ki, tək bir tərəfi günahlandırmaq olmaz: “Natenyahu hökumətində elə adamlar var ki, Almaniyada onları hakimiyyətə buraxmazdılar. Bu adamların fikrincə, ən yaxşı ərəb ölü ərəbdir“.

Politoloq Anna Qoldenbogen isə problemin müsəlman əhalinin üzərinə atılmasına qarşıdır: “Almanlarla müsəlmanların fərqi bilirsiz nədədir? Almanların evdə, mətbəxdə, pivəxanada gizli danışdıqlarını, fikirləşdiyini müsəlmanlar mitinqlərdə aşkar səsləndirirlər. Tarixi keçmişimizə görə bu fikirləri biz ucadan səsləndirməyə qorxuruq”.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm