İŞİD-dən qanlı terror: 1750 ölü
Bizi izləyin

Dünya

İŞİD-dən qanlı terror: 1750 ölü

İraqın paytaxtı Bağdadda partlayış baş verib.

Publika.az-ın məlumatına görə, şiələrin məskunlaşdığı Həbibiyə rayonunda törədilən avtomobil partlayışı nəticəsində azı 6 nəfər ölüb, 16 nəfər də yaralanıb. Səhiyyə rəsmiləri bu rəqəmlərin artacağını istisna etmirlər.

BMT-nin hesablamalarına görə, təkcə iyul ayında İraqda törədilən terror aktlarında 1750-yə yaxın adam ölüb ki, bunların əksəriyyətini də dinc sakinlər təşkil edir. 2 ay əvvəl isə "İraq və Şam İslam Dövləti" qruplaşmasının əlinə keçən Mosul şəhərində 2400-ə yaxın adam öldürülmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm