İki nəfər ömürlük həbs edildi
Bizi izləyin

Dünya

İki nəfər ömürlük həbs edildi

Azərbaycanın iki vətəndaşı İranın xeyrinə casusluqda ittiham olunaraq ömürlük həbsə məhkum olunublar.

Publika.az-ın məlumatına görə, bu haqda "İnterfaks-Azərbaycan" xəbər verib.

Hafiz Vəliyev və Ağamir Ağamirov Cinayət məcəlləsini 274-cü maddəsinə görə "Dövlətə xəyanət"də günahkar hesab ediliblər. Qətnaməni Bakı ağır cinayətlər məhkəməsi çıxardıb. Təfərrüatlar barədə agentlik məlumat verməyib.

19 iyulda Cinayət məcəlləsinə Azərbaycanda bir sıra ağır cinayətlər üçün cəzanı kəskinləşdirən düzəliş qəbul edilib. Dövlətə xəyanət maddəsi üçün cəzanın ölçüsü 14-20 il (daha əvvəl bunun üçün 10-15 il cəza nəzərdə tutulurdu) dəyişdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm