Koronavirusdan ölənlərin sayı 1,7 milyonu ötdü
Bizi izləyin

Dünya

Koronavirusdan ölənlərin sayı 1,7 milyonu ötdü

Dünya miqyasında COVID-19 xəstəliyindən dünyasını dəyişənlərin sayı 1,7 milyonu ötüb.

Publika.az xəbər verir ki, son sutka ərzində ən çox ölüm faktı 493 nəfərlə Rusiyada qeydə alınıb.

Dünyasını dəyişənlərin sayı üzrə antirekord 324 min 869 nəfərlə ABŞ-dadır.

145 min 843 ölümlə Hindistan ikinci, 186 min 773 nəfərlə Braziliya üçüncü yerdə qərarlaşıb.

Hazırda dünyada koronavirusa yoluxanların sayı 77 milyon 220 min 299 nəfər təşkil edir. 54 milyon 126 min 635 nəfər bu xəstəliyə qalib gəlib.

Müalicəsi davam edən 21 milyon 393 min 80 nəfərdən 106 min 307-nin vəziyyəti kritikdir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm