Müsəlman dünyasını aclıq gözləyir
Bizi izləyin

Dünya

Müsəlman dünyasını aclıq gözləyir

Miqrantların vəziyyətinin pisləşməsi ilə yanaşı, Avropa ölkələri də daxil olmaqla islamofobiyanın böyüməsi yaxın illərdə müsəlmanları aclıqla üz-üzə qoyacaq.

Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə "Rusiya Federasiyasında müsəlmanların hüquqlarına riayət edilməsi vəziyyəti haqqında" hesabatda qeyd edilib.

Hesabatda qeyd edilib ki, epidemiyanın yayılması nəticəsində müsəlmanların vəziyyəti xeyli pisləşib.

"BMT-nin Dünya Qida Proqramına görə, dünyanı böyük aclıq təhlükəsi gözləyir. Belə ki, aclıq riski altında olan insanların sayı gələn il iki dəfə artıb 270 milyon nəfərə çata bilər. Bu risklə qarşı-qarşıya olan insanların çox hissəsi müsəlman ölkələrində, xüsusən də Asiya və Afrikanın bölgələrində yaşayır", - deyə hesabatda bildirilir.

Hesabatda həmçinin qeyd edilir ki, miqrasiya böhranının mənfi təsirləri və terrorçuların hərəkətləri müsəlmanların mövqeyinə ciddi təsir göstərir. Bu proseslərin nəticəsi olaraq, Qərbi Avropa və Şimali Amerikadakı ictimai hisslər daha da radikallaşır, islamofobiya artır və müsəlmanlara zülm edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm