Dünya
Ukrayna lotuları: ”Kameraya düşən separatçıları üzdəniraq edəcəyik”
Həbs olunan Donbas terrorçuları vətəndaşlığından asılı
olmayaraq, Ukrayna məhkəmələrində mühakimə olunacaq.
Publika.az “Seqodnya” qəzetinə istinadən xəbər
verir ki, terrorçuluq maddəsi ilə ittiham olunan şəxsi Ukrayna
qanunlarına görə 10 ildən 15 ilədək azadlıqdan məhrum edilmə cəzası
gözləyir. Bu maddə Ukraynanın şərqində hazırda hakimiyyət
qüvvələrinə qarşı döyüşən bütün separatçılara şamil olunur.
Hüquq müdafiəçisi Eduard Bağırov deyir ki, terrorizm bütün
dövlətlərdə ən ağır maddə sayılır: “Terror təşkilatına qoşulmağın
özü artıq cinayətdir. Üstəgəl soyğunçuluq, qarət, qətl – qondarma
Luqansk Xalq Respublikası, yaxud Donetsk Xalq Respublikasına
qoşulanların hamısına bu maddələr şamil olunacaq. Vətəndaşlığın isə
fərqi yoxdur. Rusiya onların ekstradisiyasını tələb edə bilməyəcək.
Məgər Rusiya həbs etdiyi əfqan terrorçusunu Əfqanıstana
qaytarar?”
Hüquq müdafiəçisi deyir ki, terrorçular silahı yerə qoysalar,
amnistiyaya düşə bilərlər, əks halda, onların aqibəti pis olacaq:
“Bu yaxınlarda Mariopoldakı həbsxanalarda oldum. Kriminal
avtoritetlərdən və məhbuslardan soruşdum ki, kameralarınıza
gətirilən separatçılarla necə davranacaqsınız? Cavab verdilər ki,
gecə 12-dən sonra separatçıların “təlim-tərbiyəsi” ilə “xüsusi”
məşğul olacaqlar. Onların yeri “paraşa”nın (kameradakı tualet –
red.) yanıdır. Qeyd edim ki, “paraşa” üzdəniraq məhbuslar üçündür.
Separatçılara məsləhət görərdim ki, silahı yerə qoysunlar. Əks
halda, onları həbsxanada “cəhənnəm” gözləyir”.
İlqar Atabəyli
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...