ABŞ 41 il sonra ilk dəfə neft ixrac etdi
Bizi izləyin

Dünya

ABŞ 41 il sonra ilk dəfə neft ixrac etdi

ABŞ son illərdə artan neft və təbii qaz istehsalı nəticəsində 41 ildən sonra ilk dəfə xam neft ixrac edib.

Axar.az xəbər verir ki, 40 milyon dollarlıq xam neft dünən Texas ştatındakı limandan Cənubi Koreyaya göndərilib. Bu ixracat 41 illik fasilədən sonra ABŞ-ın dünya neft bazarına təkrar tədarükçü olaraq geri dönməsini xarakterizə edir. Beləliklə, ABŞ-ın enerji bazarında mühüm paya sahib olması nəticəsində neft qiymətləri üzərində nəzarəti də ələ alacağını gündəmə gətirib.

Qeyd edək ki, ABŞ-da 2000-ci ildən başlayaraq sürətlə inkişaf edən qaya qazı texnologiyası, bu ölkəni enerji idxalçısı mövqeyindən ixracatçı statusuna keçməsinə səbəb olub.

“Qaya qazı inqilabı" olaraq xarakterizə edilən bu müddətdə ABŞ 1990-cı ildə istehsal etdiyi 4 milyon kubmetr qaya qazı istehsalını 2013-ci ildə 245 milyon kub metrə yüksəltdi. Bu inkişafın nəticəsində ABŞ-dakı neft və təbii qaz istehsalçıları uzun müddətdir ki, istehsal olunan qazın xaricə idxal olunmasını reallaşdırıb.

Xatırladaq ki, ABŞ-ın neft ixracına qadağa qoyması 41 il əvvəl baş vermiş hadisə ilə bağlıdır. Belə ki, Misir və Suriya 1973-ci ilin oktyabrında İsrailə müharibə elan edəndə, cəmi 6 gün sürən savaşdan sonra məğlub olmuş ərəb dövlətləri ABŞ, İngiltərə, Yaponiya, Kanada və Hollandiyaya İsrailə yardım etdiyi üçün neft embarqosu tətbiq edib. Dünyada neft tədarükü böhranının yaranmasına səbəb olan embarqo 1974-cü ilin martında neftin qiymətinin 4 dəfə qalxmasına səbəb olub.

Buna görə də ABŞ böhrandan sonra ölkə daxilində istehsal olunan neftin və təbii qazın ixracatına qadağa qoymuşdu.

Lakin mütəxəssislər dünən gerçəkləşən ilk neft ixracının ultra yüngül neft olduğunu iddia edir. Bu məhsul benzin, dizel və ya reaktiv yanacaq ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm