Cəlilabadda yol qəzası: sürücü yaralandı
Bizi izləyin

Dünya

Cəlilabadda yol qəzası: sürücü yaralandı

Cəlilabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Hadisə Ələt-Astara magistralının 123-cü kilometrliyində qeydə alınıb.

Saatlı rayon sakini Gəray Qasımovun idarə etdiyi “VAZ-2106” markalı, minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Xaliq Nuriyevin idarə etdiyi Cəlilabad qaz istismar sahəsinə məxsus “Ford” markalı, yük maşınına çırpılıb.

Güclü zərbə nəticəsində “VAZ-2106” markalı avtomobil tamamilə yararsız hala düşüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü isə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada zərərçəkmişə lazımi tibbi yardım göstərilib, bununla belə onun vəziyyəti ağır olaraq şalır.

Artıq qəza ilə bağlı baş dövlət yol polis idarəsinini istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm