Fələstində ölənlərin sayı 1622-yə yüksəldi (VİDEO)
Bizi izləyin

Dünya

Fələstində ölənlərin sayı 1622-yə yüksəldi (VİDEO)

İsrail ordusunun cümə axşamı gecəsindən bu günə kimi Qəzzaya təşkil etdiyi hücumlarda 182 adamın həyatını itirdiyi, 545 adamın da yaralandığı bildirilir.

ANS PRESS-in məlumatına görə, Fələstin Səhiyyə Nazirliyi sözçüsü Əşrəf əl-Kudra, İsrailin 7 iyuldan bu yana davam edən hücumlarında ən ağır itki verdiklərini ifadə edərək, "İsrailin başda Rifah olmaq üzrə müxtəlif şəhərlərə təşkil etdiyi hücumlarda, 182 Fələstinli öldü. Əksəriyyəti qadın və uşaq 545 adam yaralandı" dedi. Kudra hücumların başlamasından bu yana 1622 adamın həyatını itirdiyini, 8 min 795 adamın yaralandığını söylədi.

Xatırladaq ki, "Qoruyucu Xətt" adı altında 7 İyulda Qəzzaya havadan hücum başladan İsrail ordusu, 17 İyul Cümə axşamı axşamı qurudan hücuma keçib.

Daha sonra BMT Baş katibi Ban-Ki-Mun və ABŞ xarici işlər naziri Con Kerri dünən gecə etdikləri ortaq yazılı şərhdə, İsrail ilə Həmas arasında 3 günlük insani atəşkəsin təmin edilməsi mövzusunda razılaşmağa gəldiyini demişdi. Həmas da səhər 08.00 'də başlayan 72 saatlıq atışkəsi qəbul etmişdi. Lakin İsrail ordusu atəşkəsin elanından 2 saat sonra Rifah şəhərinin şərqini toplardan atəşə tutmağa başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm