Avtobus aşdı, yaralananlar var
Bizi izləyin

Dünya

Avtobus aşdı, yaralananlar var

Avtobus qəzasında 6 nəfər yaralanıb. Onlar arasında tələbə də var. Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Beşiktaş Kabataşda baş verib.

İçərisində sərnişinlər olan avtobusun aşması nəticəsində 6 nəfər təcili tibbi yardım maşınlarının köməkliyi ilə Haseki Eğitim Araşdırma Xəstəxanasına yerləşdirilib.

Yaralıların arasında 19 yaşlı tələbə də var. İstanbul Universiteti Muhasebe Bölümünün tələbəsi olan Kübra Dere ayağından əməliyyat olunub. Xəstəxanadan Kübra Derenin ayağını itirməsi ehtimalının olduğunu bildiriblər.

Hadisəyə gəlincə, qəzanın baş verməsinə səbəb avtobus sürücüsünün sürət həddini aşması göstərilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm