Nazirin oğlu əsgərliyə çağırıldı
Bizi izləyin

Dünya

Nazirin oğlu əsgərliyə çağırıldı

Nazirin oğluna dərhal hərbi xidmətə yollanmağı tövsiyə edən çağırış vərəqəsi gəlib. Amma bu, azərbaycanlı nazirin oğlu deyil.

Virtualaz.org saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu ölkənin müdafiə nazirinin oğlu orduya çağırılıb. Bu məlumatı müdafiə naziri Valeri Geletey öz facebook səhifəsində paylaşıb.

“Bu gün (avqustun 1-də-red.) oğluma orduya çağırış vərəqəsi gəldi. Oğlum hazırda Kiyevdə deyil. Amma o, əlindəki bütün işləri yarımçıq qoyub dərhal Kiyevə gələcək və hərbi komissarlığa yollanacaq” - deyə Ukraynanın müdafiə naziri öz facebook hesabında yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm