Koronavirusa yoluxanların sayı 80 milyonu ötdü
Bizi izləyin

Dünya

Koronavirusa yoluxanların sayı 80 milyonu ötdü

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 80 milyon nəfəri ötüb.

Publika.az xəbər verir ki, bunu beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 80 027 056 nəfərə çatıb. Onlardan 1 753 313 nəfəri ölüb, 45 145 454 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (18 771 885), Hindistanda (10 169 118) və Braziliyada (7 448 560) qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm