İŞİD kürdlərin başını kəsdi – VİDEO
Bizi izləyin

Dünya

İŞİD kürdlərin başını kəsdi – VİDEO

40 yaraqlı öldürülüb, bir kənd mühasirədədir.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, Mosuldan Suriya sərhədinə dəhliz açmaq üçün İraq Kürd Regional Rəhbərliyinin hüquq-mühafizə orqanlarına (peşmərgə - red) hücum edən İŞİD yaraqlıları ilə sərhəddə böyük toqquşma yaşanıb. İlkin versiyalara görə, nəticədə 40-dan çox yaraqlı öldürülüb, üç peşmərgə ölüb və çoxlu sayda yaralı var.

Əlavə qüvvələrin bölgəyə gəlməsi ilə İŞİD yaraqlıları geri çəkilmək məcburiyyətində qalıb. Bu zaman bir kəndə girən İŞİD-çilər sakinləri əsir götürüb. Peşmərgə qüvvələrinin kəndi mühasirəyə aldıqları və kəndlilərin azad edilməsi üçün danışıqların getdiyi məlum olub.

Axşam bölgədə danışıqların davam etdiyi zaman bir qrup başqa İŞİD-çi Zimar bölgəsindəki polis bölməsinə hücum edib. Hücum nəticəsində 13 peşmərgə öldürüb, iki peşmərgə isə qaça bilib. İŞİD-çilər öldürdükləri peşmərgələrin başını kəsiblər.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm