Barak Obamadan işgəncə etirafı
Bizi izləyin

Dünya

Barak Obamadan işgəncə etirafı

ABŞ prezidenti Barak Obamadan 11 sentyabr 2001-ci il hadisəsindən sonra yaşananlarla bağlı bir etiraf gəlib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ağ Evdə mətbuat konfransı keçirən dövlət başçısı Nyu-Yorkdakı əkiz qüllələrə təşkil edilən terror hücumlarından sonra saxlanılan bəzi insanlara işgəncələrin edildiyini deyib.

“Terror hücumundan sonra bir çox şeyləri doğru etdik. Ancaq bəzi insanlara işgəncə edərək dəyərlərimizə qarşı çıxdıq. Ölkə olaraq bunun məsuliyyətini üzərimizə götürməliyik. Ümid edirəm ki, gələcəkdə bu təkrar olunmayacaq”, - ABŞ prezidenti bildirib.

B.Obamadan əvvəlki prezident oğul Corc Buş 11 sentyabr hücumlarından sonra kəşfiyyat qurumlarının tətbiq etdiyi sorğulama üsullarını müdafiə edərək istifadəsinə icazə vermişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm