Dünya
Saakaşvilidən “Çixura” təxribatına sərt qiymət
“Gürcüstan Rusiyanın Azərbaycan əleyhinə poliqonuna çevrilib”
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Bakıda “Neftçi”-“Çixura” matçında baş vermiş təxribata sərt münasibət bildirib. Musavat.com-un gürcü KİV-ə istinadən verdiyi xəbərə görə, bəyanatda o, belə situasiyaların ölkəni ağır vəziyyətə qoyduğunu və dövlətin əvvəlki səhvlərin təkrarlanmasına imkan verməməli olduğunu söyləyib.
“Təxribatın Bakıda törədilməsinin özü hiddət doğurur. Lakin ayrıca götürülmüş bu insidentdən daha çox, bizim strateji müttəfiqimiz Azərbaycanla olan ümumi kontekst narahatlıq doğurur. Azərbaycanın köməkliyi ilə biz bütün bu dövrdə xilas olmuşuq. Azərbaycan bizə bir neçə dəfə elə köməkliklər edib ki, mən hələlik bu haqda danışa bilmərəm. Gürcüstanın Azərbaycan əleyhinə Rusiya poliqonuna çevrilməsi, Türkiyə və Azərbaycan prezidentlərinin Tiflisə gələrək Gürcüstan prezidenti ilə keçirdikləri görüşə bircə gürcü nazirin belə qatılmaması – bunlar axı, bütün dillərdə həqarət deməkdir! Eləcə də Bakı beynəlxalq aeroportunda Gürcüstan xüsusi xidmət orqanlarının törətdiyi təxribat”, - deyə Saakaşvili rəsmi Tiflisin Azərbaycana münasibətini kəskin formada etiraz edib.
Eks-prezidentin sözlərinə görə, Rusiya Gürcüstanın Ukraynadan məsafə saxlamasına nail ola bilib: “Son aylarda isə bizim Azərbaycanla görünməmiş problemlərimiz yaranıb. Həmçinin, Türkiyə ilə ciddi problemlər özünü göstərməkdədir. İndi Gürcüstan kimə ümid edə bilər? Bu oyunlar kimlərin maraqlarına daxildir? 1921-ci ildə Gürcüstan tamamilə tək qalmışdı. Mən arzulamıram və heç kim də buna imkan verməz ki, XXI əsrdə də bu axmaqlıqları təkrarlayaq”, - deyə Saakaşvili hazırkı Gürcüstan rəhbərliyini xəbərdar edib.
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO