Ərdoğan: "İsrail Fələstindəki soyqırıma görə, cavab verəcək"
Bizi izləyin

Dünya

Ərdoğan: "İsrail Fələstindəki soyqırıma görə, cavab verəcək"

Bu gün Türkiyə prezidentliyinə namizəd və Baş nazir Rəcəb Tayyib Ərdoğan Balıkesir Qüvvəyi Milliyə Meydanında xalqa xitab edib.

Publika.az-ın “TRT Haber”ə istinadən verdiyi məlumata görə, İsrailin Qəzzaya yönələn hücumlarına toxunan Baş nazir Ərdoğan rəsmi Təl-Əvivin buna görə hesab verməli olacağını bildirib: "O günahsız uşaqların ahı, o günahsız anaların fəryadı gec-tez İsraildən soruşular. Beynəlxalq cəmiyyət artıq İsrailin bu ərköyünlüyünün, bu hüquq tanımazlığının, bu soyqırım sevdasının mütləq qabağına keçməlidir. İsrail Hitleri unutduran bir soyqırım edərkən nə Orta Şərqə, nə də dünyaya əsla barış gələ bilməz. Əsla ədalətdən söz edilə bilməz".

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm