Dünya
Putinə çağırış: “Muharibə Kiyevin azad olunmasına qədər davam etməlidir”
Bu gün Moskvada millətçilər “Donetsk Xalq Respublikası”
və "Luqansk Xalq Respublika”larına dəstək mitinqi
keçirib.
Publika.az-ın rus mediasına istinadən verdiyi məlumata görə,
mitinq iştirakçıları Rusiya hakimiyyətindən Ukraynanın şərqinə
qoşun yeritməyi tələb edib.
Mitinq iştirakçıları “Donetsk üçün döyüş!”, “Qələbəyə qədər
müharibə!” və “Putin qoşunu daxil et!” kimi şüarlar səsləndirib.
Mitinqdə çıxış edən Moskva Dövlət Universitetinin professoru,
Beynəlxalq Avrasiya Hərəkatının lideri, ukraynalıları öldürməyə
dəfələrlə açıq çağırışla edən Aleksandr Duqin bildirib ki, müharibə
Luqansk və Donetskin, daha sonra isə rus Kiyevin azad olunmasına
qədər davam etməlidir. O, həmçinin qeyd edib ki, Donetsk
separatçılarının lideri İqor Strelkov və başqaları Rusiyanın
düşmənlərinə qarşı vuruşur.
“Ukrayna xuntasının arxasına ABŞ dayanır. Onlar üçün güclü,
qürurlu, qalib Rusiya lazım deyil. Onlar inkişafımızı dayandırmaq
üçün hər şey edəcəklər. Rusiyanın istənilən insanı anlayır ki, bu
bizim müharibəmizdir. Bizim yalnız bir çıxış yolumuz var,
müharibəni udmaq və Novorusiyanı xilas etmək, Rusiyanı xilas etmək.
Rusiya Federasiyası prezidentinə müraciət edirik: Donbası xilas et,
qoşunu Ukraynaya daxil et”, - Duqin ifadə edib.
Ömər Dağlı
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ