Ukrayna ordusu Donetsk ətrafına çıxdı
Bizi izləyin

Dünya

Ukrayna ordusu Donetsk ətrafına çıxdı

Ukrayna antiterror gücləri Donetsk vilayətinin Marinka rayonunu ələ keçirib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, rayonun ələ keçirilməsi ilə Ukrayna ordusu Donetsk şəhərinin ətrafına çıxıb.

Şahidlərin dediyinə görə, şiddətli döyüşdən sonra terrorçuların Marinkadakı iki blokpostu məhv edilib. Onların sözlərinə görə, terrorçular başqa rayonlardan əlavə hərbi texnika və canlı qüvvə gətirərək Donetskin müdafiəsini gücləndirir.

Digər bir məlumata görə, Malayziyanın “Boinq-777” sərnişin təyyarəsinin düşdüya ərazidə işləyən ekspert qrupu oranı tərk etməyə məcbur olub. Buna səbəb olaraq isə ərazidə gedən şiddətli döyüşlər göstərilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm