3 ölkədən neft istehsalı ilə bağlı KRİTİK QƏRAR
Bizi izləyin

Dünya

3 ölkədən neft istehsalı ilə bağlı KRİTİK QƏRAR

Səudiyyə Ərəbistanı gündəlik neft istehsalını 1 milyon barel azaldacaq.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Energetika naziri Əbdüləziz ibn Salman OPEC və OPEC+ ölkələri Energetika nazirlərinin video-konfrans formatında keçirilən 13-cü Nazirlər İclasından sonrakı mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Səudiyyə Ərəbistanı OPEC+ ölkələrinin iqtisadiyyatlarını qorumaq məqsədilə fevral və mart aylarında neft istehsalını azaldacaq.

Rusiya və Qazaxıstan isə növbəti 2 ayda neft istehsalını artıracaq.

OPEC+ qrupunun aprel ayından etibarən tətbiq ediləcək azaltma strategiyasını müzakirə edəcəyi toplantı 4 martda baş tutacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm