ABŞ-da İsrailə qarşı etiraz (FOTO)
Bizi izləyin

Dünya

ABŞ-da İsrailə qarşı etiraz (FOTO)

ABŞ-ın paytaxtı Vaşinqtonda minlərlə vətəndaş İsrailin Qəzzaya hücumlarına etiraz edib.

ANS PRESS-in məlumatına görə, Ağ Evin qarşısında toplaşan aksiyaçılar “Washington Post” qəzetinin binasına doğru yürüyüş ediblər. Aksiyaya ABŞ-ın müxtəlif yerlərindən gələn vətəndaşlar, eləcə də yəhudilər olmaqla 20 min nəfər qoşulub.

Əllərində Fələstin bayrağı daşıyan və üzlərini Fələstin bayrağı rəngində boyayan etirazçılar “Azad Fələstin, Azad Qəzza”, “Qəzzanın yaşamağına icazə ver” kimi İsrailə qarşı şüarlar səsləndirilib.

Etiraz zamanı İsrailin dövlət bayrağı yandırılıb. Bu zaman bəzi qruplar mübahisə yaradıblar. Polisin təhlükəsizlik tədbirləri nəticəsində qruplar arasında baş verən qarşıdurmanın qarşısı alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm