30 İsrail əsgəri öldürüldü
Bizi izləyin

Dünya

30 İsrail əsgəri öldürüldü

İzzəddin əl-Qəssam” briqadası 30 İsrail əsgəri öldürdüyünü açıqlayıb.

ANS PRESS-in məlumatına görə, HƏMAS müqavimət hərakatının hərbi qolu “İzzəddin əl-Qəssam” briqadası İsrailin quru əməliyyatlarına başladığı ilk günlərdə bir əməliyyatla 30 İsrail əsgəri öldürdüklərini bildiriblər.

“əl-Qəssam”ın ön sıralarında vuruşan əsgərlər Xan Yunusda bir neçə gün əvvəl keçirdikləri əməliyyatda İsrail ordusuna aid dörd zirehli maşını zərərsizləşdirdiklərini, eləcə də həmin vaxt qarşı tərəfdən bir əsgərin öldüyünü, çox sayda əsgərin isə yaralandığı bildiriblər.

Qeyd edək ki, İsrailin iyulun 7-dən başladığı hərbi əməliyyat nəticəsində indiyədək aralarında uşaq və qadınların da olduğu 1500-dən çox fələstinli öldürülüb, 7 mini isə yaralanıb. İsrail ordusu isə 150-yə yaxın hərbçisini itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm