Türkiyə Fələstində soyqırımın dayandırılmasına çalışır
Bizi izləyin

Dünya

Türkiyə Fələstində soyqırımın dayandırılmasına çalışır

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qəzza sektoru və İsraililin hücumları ilə əlaqədar intensiv məsləhətləşmlər aparır.

Publika.az-ın TRT telekanalının saytına istinadən verdiyi məlumata görə, Davudoğlu ABŞ dövlət katibi Con Kerri ilə iki dəfə telefonla danışıb. Nazir HƏMAS-ın lideri Xalid Məşəl ilə də telefon danışıqları aparıb.

Axşam saatlarında Davudoğlu Ankarada Qətərin xarici işlər naziri Xalid bin Məhəmməd əl Atiyeni qəbul edəcək. Görüşdə HƏMAS-a təsirə malik Qətər və Türkiyə kimi iki ölkənin Qəzza sektorundakı vəziyyətin hərtərəfli təhlili aparılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm