Dünya
Sintszyan-Uyğur muxtar rayonunda dəhşət: 96 ölü
Çin rəhbərliyi Sintszyan-Uyğur muxtar rayonunda 37
nəfərin terror aktı qurbanı olduğunu, 13 nəfərin də yaralandığını
açıqlayıb.
ANS PRESS-in Sinxua dövlət agentliyinə istinadən verdiyi məlumata
görə, həmin şəxslər yerli və beynəlxalq terror təşkilatlarına
arxalanan yerli dəstənin hücumu zamanı öldürülüblər. Hücum
edənlərin özlərinin də itki verdiyi, polislə silahlı toqquşmada 59
hücumçunun öldürüldüyü bildirilir. Onlarla avtomobil
yandırılıb.
Məlumata görə, son illər həmin bölgədə ən qanlı terror aktı iyulun
28-də baş verib, lakin Çin rəhbərliyi yalnız indi bu barədə
açıqlama verib. Hadisənin təfərrüatlarına dair isə ziddiyyətli
məlumatlar yayılıb. Hücumçuların bıçaq və balta ilə silahlanaraq,
Yarkənd ərazisindəki polis məntəqələrinə və hökumət binalarına
hücum etdiyini xəbər verir. Onlardan 215-nin həbs edildiyi
bildirilir.
Öz növbəsində, Sintszyan-Uyğur muxtar rayonunun köklü sakinləri
olan uyğurların hüquqlarını müdafiə edən Amerika Uyğurlar
Assosiasiyası isə başqa bir versiyanı irəli sürür. Təşkilatın
iddiasına görə, polis müqəddəs Ramazan ayında müsəlmanların
sıxışdırılmasına etiraz edən dinc nümayişçilərə atəş açıb.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!