Günlük yoluxma 566 mini ötdü - ÜST
Bizi izləyin

Dünya

Günlük yoluxma 566 mini ötdü - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 566 mindən çox artıb.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 566 186 nəfər yeni koronavirusa yoluxub, 9 371 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 89 707 115, ölənlərin isə 1 940 352 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm