İndoneziyada qəzaya uğrayan təyyarənin “qara qutu”su tapıldı
Bizi izləyin

Dünya

İndoneziyada qəzaya uğrayan təyyarənin “qara qutu”su tapıldı

Yanvarın 9-da İndoneziyada naməlum şəraitdə qəzaya uğrayaraq Yava dənizinə düşən təyyarənin “qara qutu”larından biri (FDR) tapılaraq sahilə çıxarılıb.

Publika.az İndoneziyanın ANTARA Milli Xəbər Agentliyinə istinadla xəbər verir ki, bu barədə Nəqliyyat naziri Budi Karya Sumadi yanvarın 12-də təşkil edilən birgə mətbuat konfransında məlumat verib.

Nazir bildirib ki, bu, axtarış-xilasetmə əməliyyatına cəlb olunan müvafiq qurumların birgə səyləri nəticəsində mümkün olub.

“Ümid edirik ki, bu əməkdaşlıq bundan sonra da uğurlu olacaq və pilotların kabinəsində yerləşən digər “qara qutu”nu (CVR), həmçinin sərnişinlərin cəsədlərini və təyyarənin digər hissələrini tapmağa kömək edəcək”, - deyə B.K.Sumadi bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm