• USD 1,7000 0,00% EUR 2,0516 -0,66%
    • GBP 2,3056 -0,88% RUB 0,0231 -0,43%

Çində təkrar kütləvi şəkildə koronavirus testindən keçirilir

Çində təkrar kütləvi şəkildə koronavirus testindən keçirilir

COVID-19 infeksiyasına yoluxma hallarının çoxalması səbəbindən tam qapanma elan edilən Çinin Şıciacuan şəhəri sakinlərinin ikinci dəfə kütləvi şəkildə koronavirus testindən keçirilməsinə başlanılıb.

Publika.az əbər verir ki, Çin paytaxtının yaxınlığında yerləşən və 11 milyon əhalisi olan Şıciacuan şəhəri sakinlərinin ikinci dəfə kütləvi test olunması gündəlik yoluxma hallarının davam etməsi ilə bağlıdır. Kütləvi test prosesinin bir neçə günə başa çatdırılması planlaşdırılıb. Müvafiq qurumlar virusun yoluxma zəncirinin başlanğıcını tapa bilməyiblər.

Üç gün davam edən ilkin kütləvi test prosesində 364 nəfərin virusa yoluxduğu aşkarlanıb.

Qeyd edək ki, yanvarın ilk günlərindən başlayaraq COVID-19 virusuna yoluxma hallarının aşkarlanması səbəbindən yanvarın 7-də şəhərdə tam qapanma elan olunub. Şəhərə giriş-çıxış, o cümlədən təyyarə və qatarların hərəkəti tam dayandırılıb. Vilayət hökuməti Şıciacuandakı tam qapanma rejimini daha bir həftə uzatmaq barədə qərar qəbul edib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR