Terrorçular tutduqları ərazinin 75 faizini itirib
Bizi izləyin

Dünya

Terrorçular tutduqları ərazinin 75 faizini itirib

Ukraynanın şərqində terrorçuların nəzarət etdiyi ərazi 75 faiz azalıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lısenko bildirib.

O, terrorçuların nəzarət etdiyi ərazilərin azad olunması üçün əməliyyatların hazırlandığını deyib. A.Lısenko ötən gecə Rusiyadan Ukraynaya keçməyə cəhd edən terrorçuların geri qaytarıldığını qeyd edib. Silah və döyüş sursatı çatışmazlığının olduğunu deyən Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü əllərindəki hərbi ehtiyatın da terrorçulara qalib gəlmək üçün kifayət edəcəyini vurğulayıb.

Xatırladaq ki. Dünən Ukrayna antiterror gücləri Donetsk vilayətinin Marinka rayonunu ələ keçirib. Rayonun ələ keçirilməsi ilə Ukrayna ordusu Donetsk şəhərinin ətrafına çıxıb.

Şahidlərin dediyinə görə, terrorçular başqa rayonlardan əlavə hərbi texnika və canlı qüvvə gətirərək Donetskin müdafiəsini gücləndirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm