Dəhşətli hadisə 34 nəfərin həyatına son qoydu, yüzlərlə yaralı var (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Dəhşətli hadisə 34 nəfərin həyatına son qoydu, yüzlərlə yaralı var (YENİLƏNDİ)

İndoneziyanın Qərbi Sulavesi vilayətindəki 6,2 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 34-ə çatıb.

Publika.az xəbər verir ki, bu barədə “Qardian” yazıb.

Məlumata görə, yerli fəlakətlərdə yardım agentliyinin rəhbəri Əli Rəhman jurnalistlərə açıqlamasında təkcə Mamuju şəhərində 26 nəfərin öldüyünü söyləyib.

Yüzlərlə yaralının olduğu bildirilir.

“İnterfaks” xəbər verir ki, yeraltı təkanların episentri Maqzene şəhərindən 6 km şimal-şərqdə olub, sarsıntılar yerli vaxtla gecə saat 1-də qeydə alınıb.

Zəlzələ çoxsaylı torpaq sürüşmələrinə səbəb olub. Adada bir çox bina və körpü dağılıb, dağıntılar altında insanlar qalıb. Həmin ərazilərdə elektrik təchizatı kəsilib.

Şahidlərin verdiyi məlumata görə, Mamujuda ən azı altı xəstənin və yaxınlarının qaldığı xəstəxana tamamilə çöküb. Şəhər hava limanının binasına da ziyan dəyib.

****

09:55

İndoneziyanın Qərbi Sulavesi əyalətində meydana gələn 6,2 bal gücündəki zəlzələnin fəsadları böyüməkdədir.

Publika.az xəbər verir ki, təbii fəlakət səbəbilə həlak olanların sayı 4-ə çatıb.

62-yə yaxın ev və bəzi sosial obyektlər ciddi zərər görüb. 2 minə yaxın insan təxliyə olunub.

Zəlzələ nəticəsində meydana gələn torpaq sürüşmələri Majene-Mamuju magistral yolunu bağlayıb.

****

05:45

İndoneziyada 6,2 maqnitudalı zəlzələ nəticəsində azı 3 nəfər həlak olub, 24 nəfər yaralanıb.

Publika.az xəbə verir ki, bu barədə “Detik” portalı xəbər verib.

Onun məlumatına görə, Qərbi Sulavesi əyalətində iki minə yaxın insan öz evlərini tərk etməyə məcbur olub. Təbiət hadisəsi yerli qubernatorun ofisi və hotel binası da daxil olmaqla, 60-dan çox binanı dağıdıb. Yeraltı təkanlar, həmçinin torpaq sürüşmələrinə səbəb olub.

Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Pare-Pare şəhərindən 139 kilometr şimali-qərbdə, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm