Stoltenberq: "NATO Cozef Baydenlə işləmək istəyindədir"
Bizi izləyin

Dünya

Stoltenberq: "NATO Cozef Baydenlə işləmək istəyindədir"

“Vaşinqtonda Kapitoliya binasına basqınla əlaqədar bütün məsuliyyət daşıyanların cəzalandırılması vacibdir”.

Publika.az TASS-a istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Qazvani ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Hadisənin qəbuledilməz olduğunu deyən Stoltenberq ABŞ-ın demokratik qurumlarının bunun öhdəsindən gələcəyinə əminliyini ifadə edib:

"Seçkilərin nəticələrinə hörmət göstərilməlidir. Demokratik dəyərlərimizə hörmət göstərilməsini təmin etmək üçün hər şeyi etməliyik".

Baş katib əlavə edib ki, NATO-ya çox sadiq olan ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden ilə işləmək istəyindədirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm