Dünya
Qəzzada həlak olanların sayı 1700-ə çatdı
İsrail ordusunun Qəzza zolağına aviazərbələri
nəticəsində daha bir BMT məktəbi və “Həmas” döyüşçülərinin qaldığı
deyilən 2 mərtəbəli bina da dağıdılıb.
ANS TV-nin məlumatına görə, Rəfah şəhərində fələstinli qaçqınlar
üçün sığınacağa çevrilmiş məktəbə hücum nəticəsində 10 nəfər ölüb,
35 nəfər isə yaralanıb. İsrail ordusu təkcə bu gün Qəzza zolağına
180 aviazərbə endirdiyini açıqlayıb.
Əməliyyatların davam etdiyi 27 gün ərzində 1700-dən çox fələstinli
həlak olub, İsrail ordusu isə 70-dən çox itki verib. İsrail quru
qoşunları və ağır texnikası Qəzza zolağının mərkəzi rayonlarını
tərk edərək, sərhədyanı ərazilərə geri çəkilib. Baxmayaraq, İsrail
baş naziri Benyamin Netanyahu İsrail vətəndaşlarının sakit yaşayışı
bərpa olunana kimi İsrail qoşunlarının döyüşləri davam etdirəcəyini
deyib.
Benyamin Netanyahunun sözlərinə görə, ordu əməliyyatları davam
etdirir: “Ordu İsrail vətəndaşlarının təhlükəsizliyini təmin edənə
kimi əməliyyatları davam etdirəcək”.
İsrailin Qəzzaya hücumu yenidən etirazlarla qarşılanıb. Paris
küçələrinə toplaşan minlərlə insan İsrailə qarşı şüarlar
səsləndiriblər.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO