Ermənilər Əlibəyli və Ağdamı atəşə tutub- Video- Yenilənib 3
Bizi izləyin

Dünya

Ermənilər Əlibəyli və Ağdamı atəşə tutub- Video- Yenilənib 3

06:25

Atışma dayanıb. Təmas xəttinin əməkdaşlarımız müşahidə aparan istiqamətlərində ordumuz heç bir itki verməyib. Əməkdaşlarımız atəş zolağından uzaqda olsa da yaralanan və ya şəhid düşən hərbiçimiz olan zaman onları hospitala aparan maşını görə biləcək yerdə dayanıblar. Təcili təxliyə maşını yoldan keçmədiyinə görə, itki vermədiyimizi demək olar.

Səhərə yaxın olan atışmada ermənilərin işıqlandırıcı fişənglərdən, trasserlərdən və iri çaplı pulemyotlardan istifadə etməsi barədə məlumat vermişdik. Həmin atışmanın səsli video görüntüsünü təqdim edirik:

:

axar.az

05:00

Atışma yenidən başlayıb...

axar.az

01:41

Ermənistan ordusu Ağdamın Aşağı Qərvənd kəndi istiqamətindəki mövqelərimizi atəşə tutmağa başlayıb. Bu barədə məlumatı cəbhə xəttindəki reportyorumuz Məhəmməd Türkmən verib. Onun sözlərinə görə, 15-20 dəqiqədir həmin istiqamətdən iriçaplı silahlardan açılan atəş səsləri gəlir.

Jurnalistlər qaynar nöqtəyə yaxınlaşmaq istəsələr də, polis postundan keçmələrinə icazə verilmir.

musavat.com

00:58

Ermənistan Silahlı Qüvvələri Tovuzun Əlibəyli kəndini intensiv atəşə tutur.

Publika.az-ın bölgə müxbiri sakinlərə istinadən xəbər verir ki, düşmən iriçaplı silahlardan istifadə edir.

Qeyd edək ki, bir neçə dəqiqə öncə ermənilər Ağdamın Təzəkənd kəndi ilə üzbəüz mövqelərindən kəndi atəşə tutmağa başlayıb.

Axar.az-ın bölgəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, pulemyotla ara-sıra atılan atəşin intensivləşəcəyi gözlənilir.

Hələlik ordumuz cavab atəşi açmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm