Kiyevin “gözlənilməz” qələbə planı hazırdır
Bizi izləyin

Dünya

Kiyevin “gözlənilməz” qələbə planı hazırdır

“Donetskin alınması üçün planı mövcuddur və bu terrorçular üçün gözlənilməz olacaq”.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna prezidentinin məsləhətçisi Yuri Lusenko deyib.

Onun sözlərinə görə, Donetsk vilayətinin paytaxtının alınması qələbənin 90 faiz əldə olunduğu anlamına gəlir.
Xatırladaq ki, dünən Ukrayna antiterror gücləri Donetsk vilayətinin Marinka rayonunu ələ keçirib. Rayonun ələ keçirilməsi ilə Ukrayna ordusu Donetsk şəhərinin ətrafına çıxıb.

Şahidlərin dediyinə görə, terrorçular başqa rayonlardan əlavə hərbi texnika və canlı qüvvə gətirərək Donetskin müdafiəsini gücləndirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm